Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 14 ünvanda...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış lift və eskalatorların yenilənməsi, eləcə də əlil arabaları üçün nəzərdə tutulan platformaların dəyişdirilməsi planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, layihəni "LiftTəmir" İstehsalat Birliyi həyata keçirəcək.
Məlumata əsasən, paytaxtın 14 fərqli ünvanında yerləşən piyada keçidlərində liftlərin yenilənməsi və əsaslı təmiri, eskalatorların, həmçinin əlil arabaları üçün platformaların yeniləri ilə əvəz edilməsi nəzərdə tutulur.
Layihənin ehtimal olunan qiyməti 9 milyon 985 min manat müəyyən edilib.
Qeyd edək ki, piyada keçidlərində lift və eskalatorların saz vəziyyətdə olması xüsusilə yaşlı insanların, uşaqlı valideynlərin, hərəkət imkanları məhdud şəxslərin və əlil arabasından istifadə edən vətəndaşların rahatlığı baxımından vacibdir. Avadanlıqların yenilənməsi keçidlərdən istifadənin daha təhlükəsiz və əlçatan olmasına, texniki nasazlıqlar səbəbindən yaranan çətinliklərin azalmasına xidmət edəcək.
Oxşar xəbərlər
Sürücülərə avtomobilləri qışa hazırlamaq üçün tövsiyələr verilib
Rusiyanın Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi (DYP) sürücülərə soyuq hava şəraiti başlamazdan əvvəl avtomobillərini qışa hazırlamağı tövsiyə edib. B...