Sürücülərə avtomobilləri qışa hazırlamaq üçün tövsiyələr verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi (DYP) sürücülərə soyuq hava şəraiti başlamazdan əvvəl avtomobillərini qışa hazırlamağı tövsiyə edib.
BAKU.WS xəbər verir ki, Moskva Dövlət Avtomobil Müfəttişliyinin mütəxəssisləri qış mövsümünə hazırlıq zamanı ilk növbədə yay təkərlərinin qış təkərləri ilə əvəzlənməsini, şinlərin protektorunun aşınma səviyyəsinin yoxlanılmasını vacib sayırlar.
Bundan başqa, əyləc sisteminin sazlığı yoxlanılmalı, şüşəyuyan maye donmayan maye ilə əvəz edilməlidir. Şüşəsilənlərin, akkumulyatorun, işıqlandırma cihazlarının, qapı rezinlərinin və kilidlərin vəziyyətinə də diqqət yetirilməlidir.
Mütəxəssislər avtomobilin qışa hazırlığını gecikdirməməyi tövsiyə edirlər.
Oxşar xəbərlər
700 min vətəndaşın maaşı artacaq - Deputatdan YENİ AÇIQLAMA
"Minimum əməkhaqqının artırılmasından sonra dövlət qurumlarında çalışan, lakin dövlət qulluqçusu statusu daşımayan şəxslərin də vəzifə maaşlarında artım gözləni...