Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
İdman 2

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə Xankəndində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Bu barədə BAKU.WS-ə ACF-dən məlumat verilib.

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə baş tutan imtahanda 78 cüdoçu iştirak edib.

İdmançılar yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər