Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, yeni zolaqların yaradılmasında məqsəd mikromobillik vasitələrinin hərəkətini tənzimləmək və daha təhlükəsiz hərəkət mühiti formalaşdırmaqdır.
Qeyd edək ki, bundan əvvəl Sumqayıt Bulvarında velosipedlər üçün parklanma məntəqələri yaradılıb və kirayə velosipedlər istifadəyə verilib. Bununla da ərazidə mikromobillik vasitələrindən istifadəyə əlçatanlıq təmin olunub.
Növbəti mərhələdə Sumqayıt şəhərinin digər ərazilərində də mikromobillik zolaqlarının yaradılması və şəbəkənin təşkili nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 14 ünvanda...
Bakıda yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış lift və eskalatorların yenilənməsi, eləcə də əlil arabaları üçün nəzərdə tutulan platformaların dəyi...