Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-Çin Sənaye Parkının yaradılması müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr "CSCEC International" şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşdə baş tutub: "Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan-Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində "CSCEC International" şirkətinin təcrübəsindən yararlanmaq imkanlarını da nəzərdən keçirdik".
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan Mərkəzi Bankının (AMB) İT əməliyyatları departamentinə yeni direktor təyin edilib. BAKU.WS xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov...