Məşhur televiziya aparıcısının beynindən şiş çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İrlandiyalı tanınmış teleaparıcı Hektor Ohoqoqan beynindəki şişdən əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "The Irish Times" nəşri məlumat yayıb.
Teleaparıcının sözlərinə görə, xoşxassəli şiş təxminən qarğıdalı dənəsi böyüklüyündə olub və 15 il ərzində həkimlərin nəzarəti altında qalıb.
Son dövrlərdə şişin orqanizmində bəzi hormonların istehsalına ciddi təsir göstərməsi səbəbindən o, əməliyyat olunmağa qərar verib.
Ohoqoqan cərrahi müdaxilədən əvvəl qorxu keçirdiyini də etiraf edib. Onun sözlərinə görə, həkimlər əməliyyat zamanı burun vasitəsilə beyinə daxil olaraq müdaxilə edəcəklərini bildiriblər.
Aparıcı əməliyyatdan sonra bir neçə ay bərpa prosesi keçdiyini və hazırda özünü yaxşı hiss etdiyini söyləyib.
Oxşar xəbərlər
Gürcüstan 101 əcnəbini ölkədən deportasiya edib
Gürcüstanda son günlər ərzində 101 əcnəbi ölkədən deportasiya edilib. Onların arasında Azərbaycan vətəndaşları da var. BAKU.WS xəbər verir ki, bu barədə Gürcüst...