Leyla Şıxlinskayanın 55 ildən sonra "Gün keçdi" ilə bağlı arzusu

Leyla Şıxlinskayanın 55 ildən sonra Gün keçdi ilə bağlı arzusu
Video
Şou-biznes 59

Xalq artisti Leyla Şıxlinskaya 55 il əvvəl çəkildiyi "Gün keçdi" filmi ilə bağlı arzusundan danışıb.

BAKU.WS xəbər verir ki, o "Bu gün də keçdi" adlı qısa film çəkilməsini istədiyini bildirib.

Aktrisa bu barədə qonaq oladuğu "Qonaqcanlı" verilişində danışıb.

"İstərdim ki, "Bu gün də keçdi" adlı qısa film çəksinlər. "Gün keçdi" filmindən kadrları götürək. Orada "Oqtay" obrazına da heç gərək yoxdur. Amma hələlik bununla bağlı bir cavab yoxdur. Bunun üçün də pul lazımdır" -deyə "Gün keçdi"nin Əsməri vurğulayıb.

Xatırladaq ki, "Gün keçdi" filmi 1971-ci ildə kinorejissor Arif Babayev tərəfindən ekranlaşdırılıb.

Filmdə Leyla Şıxlinskaya "Əsmər", Həsən Məmmədov isə "Oqtay" obrazına həyat verib.

Bundan başqa ekran işində Həsənağa Turabov, Çingiz Əlioğlu, Muxtar Avşarov, Sədayə Mustafayeva kimi məşhur aktyorlar da yer alıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər