Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı xəbərdarlıq edib. İdarədən BAKU.WS-ə verilən məlumatda...