Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli tədbir təşkil edilib.
Vətən müharibəsinin 6-cı ildönümü ərəfəsində təşkil edilən tədbir çərçivəsində 20-yə yaxın şəhid övladı "Dreamland Baku"" ərazisində yerləşən "Dream Trampoline" əyləncə mərkəzində vaxt keçiriblər.
Onlar batutlarda tullanıb, müxtəlif oyun zonalarından yararlanıb, həmyaşıdları ilə birlikdə vaxt keçirərək xoş anlar yaşayıblar.
Tədbir şəhid övladlarının sosiallaşmasına, həmyaşıdları ilə ünsiyyət imkanlarının genişlənməsinə və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyıb.
Qalereya
Oxşar xəbərlər
Baku Steel Company "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
"Baku Steel Company" QSC (bundan sonra – BSC) Bakıda Qafqazın "Böyük Beşliyi"nə həsr olunmuş "Baku Steel Art 2026" sərgisini təqdim edib. Dənizkənarı Milli Park...