Həbsxanada İmamoğlu ilə Sibel Canın sevgilisi arasında QALMAQAL YAŞANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə CHP-nin Ərzincan millət vəkili Mustafa Sarıgül və ailəsinə qarşı aparılan çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində həbs edilən Emir Sarıgül həbsxanada yaşandığı iddia edilən mübahisə ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Marmara Qapalı Cəzaçəkmə Müəssisəsində saxlanılan Emir Sarıgül və korrupsiya, rüşvət istintaqı çərçivəsində həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Ekrem İmamoğlu vəkillərlə görüş otağında qarşılaşıblar.
İddialara görə, tərəflər arasında CHP sədri Özgür Özellə bağlı ittihamlar üzərindən başlayan sözlü mübahisə qısa müddətdə davaya çevrilib.
Belə ki, İmamoğlunun Emir Sarıgülə "Özgür Özeli satmısınız" deyərək etiraz etdiyi bildirilir.
Sarıgülün isə bu ittihama sərt reaksiya verərək İmamoğluna "Danışma, fırıldaqçı! Hamınız fırıldaqçısınız" deyə cavab verdiyi iddia olunur.
Qeyd edək ki, "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq" ittihamı ilə həbsdə olan Emir Sarıgül prokurorluqda verdiyi ifadəsində CHP-nin qurulması prosesi ilə bağlı diqqətçəkən iddialar səsləndirib.
O, atası Mustafa Sarıgülün Özgür Özələ maddi dəstək göstərdiyini iddia edib.
Qeyd edək ki, Emir Sarıgül uzun illərdir Sibel Canla sevgilidir. Yaxın zamanlarda onların toyu olacağı bildirilirdi.
Oxşar xəbərlər
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
Müğənni Aysel Teymurzadə sosial şəbəkədə övladı ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında qızı Leylanın görüntülərini paylaşı...