Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların ADLARI

Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların ADLARI
Video
Sosial 118

Ukraynada Azərbaycan vətəndaşlarını aldadaraq pullarını ələ keçirən beynəlxalq kiberdələduzluq şəbəkəsinə qarşı əməliyyat keçirilib. Nəticədə 11 nəfər saxlanılıb, onlardan dördü şəbəkənin əsas təşkilatçıları kimi beynəlxalq axtarışda olub.

BAKU.WS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, saxlanılaraq Azərbaycana gətirilən şəxslər Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürovdur.

Araşdırmalar zamanı Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyevin də şəbəkənin fəaliyyətində iştirak etdiyi müəyyən edilib.

Məlumata görə, kiberdələduzluq şəbəkəsi Ukraynanın müxtəlif şəhərlərində fəaliyyət göstərən qanunsuz çağrı mərkəzləri vasitəsilə Azərbaycan vətəndaşlarına zəng edərək onları aldadıb. Dələduzlar özlərini polis, bank və mobil operator əməkdaşları kimi təqdim edərək vətəndaşlardan bank kartlarının məlumatlarını və təsdiq kodlarını əldə ediblər.

Əməliyyat Ukrayna Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilib. Faktla bağlı cinayət işi başlanılıb, şəbəkənin əsas təşkilatçıları barəsində həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər