Qaradağda yeni körpülərin sayı 5-ə çatıb, onlardan 3-ü Qobustandadır
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, son bir neçə ay ərzində rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib. Onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.
Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir.
Qeyd edək ki, eyni ərazidə yerləşən dördüncü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr i...