Qətərdən ABŞ və İran danışıqları ilə bağlı XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Qətər ABŞ və İran arasında aparılan danışıqlarla bağlı mediada yayılan kəskin və ziddiyyətli açıqlamaların danışıqların uğursuzluğa düçar olması kimi qiymətləndirilməməsinə çağırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
Onun sözlərinə görə, Qətərin vasitəçilik missiyasında iştirak edən nümayəndə heyəti Tehran şəhərində üç saatdan çox davam edən müzakirələrdən sonra Dohaya qayıdıb.
Görüş zamanı İran və ABŞ arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlmiş müxtəlif təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Əl-Ənsari qeyd edib ki, həm Vaşinqton, həm də Tehran danışıqlar prosesinə sadiq qalır və hazırda münaqişənin həlli ilə bağlı irəli sürülən təklifləri nəzərdən keçirirlər.
Bundan əvvəl İranın yüksəkvəzifəli rəsmilərindən biri ABŞ və İranın münaqişənin dayandırılması ilə bağlı razılaşmadan hələ də uzaq olduğunu bildirmişdi. Tehran Vaşinqtonun tələblərini həddindən artıq yüksək hesab edir və onları qəbul etmək niyyətində deyil.
İran rəsmisinin sözlərinə görə, Hörmüz boğazının açılması üçün də Tehranın irəli sürdüyü şərtlər yerinə yetirilməlidir.
Oxşar xəbərlər
Vladislav Bıkov 72 yaşında vəfat etdi
"Nə? Harada? Nə vaxt?" və "Svoya İqra" klubunun tanınmış üzvü Vladislav Bıkov vəfat edib. BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, o 72 yaşında dünyasını...