"Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə nəticələnən hadisədən sonra "Andorra"nın qapıçısı Xesus Ovono barəsində cinayət məsuliyyəti məsələsi gündəmə gəlib.
BAKU.WS İspaniya mətbuatına istinadən xəbər verir ki, qapıçını ehtiyatsızlıqdan ölümə səbəb olma ittihamı ilə 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. İspaniya qanunvericiliyində bu əmələ görə belə bir cəza nəzərdə tutulur.
Xatırladaq ki, hadisə qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş vaxtda meydanın mərkəzində baş verib. Top uğrunda mübarizə zamanı Ovono diz nahiyəsi ilə rəqib futbolçunun döş qəfəsinə zərbə endirib. Baş hakim epizoddan dərhal sonra qapıçıya qırmızı vərəqə göstərib.
Baş verənlərdən sonra görüş davam etdirilməyib və hakim komandaları meydandan çıxarıb. Xesus de Miquelin ürəyi meydanda dayanıb. Həkimlər onun ürək fəaliyyətini bərpa etsələr də, futbolçu reanimasiya şöbəsinə yerləşdirilib. Lakin 30 yaşlı oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Xesus de Miquel 2025-ci ildən "Tenerife"nin formasını geyinirdi. O, klubun heyətində Sequndada 29 matça çıxıb və 11 qola imza atıb.
Oxşar xəbərlər
Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb. BAKU.WS xəbər verir ki, 35 yaşlı hakim Belçikada yerli "Anderlext" və Avstr...