Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, fərmana əsasən, Agentliyin Əsasnaməsi və strukturu təsdiq edilib.
Dövlət Ehtiyatları Agentliyinin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib. Agentliyin tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" büdcə təşkilatı yaradılacaq.
Mərkəz dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir. Onun işçilərinin say həddi 200 ştat vahididir.
Oxşar xəbərlər
Prezidentin yeni sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib. BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sə...