Prezidentin yeni sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
Yeniliklərdən dərhal xəbərdar olun
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Səbuhi Sadıqov 1984-cü ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.
O, Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayıb. 2007-2018-ci illərdə "Ernst & Young" beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışmış və baş menecer səviyyəsinədək yüksəlmişdir. 2018-2021-ci illərdə PMD şirkətlər qrupunda audit departamentinin direktoru, habelə bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri vəzifələrində çalışıb.
Səbuhi Sadıqov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağl...