Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb.
BAKU.WS xəbər verir ki, cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb.
Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaşı arasındakı yaş fərqi müzakirələrə səbəb olmuşdu.
Belə ki, Dilara Talay 24, Berdan Mardini isə 48 yaşındadır.
Məlumat üçün bildirək ki, ifaçı 2010-cu ildə Fatoş adlı qadınla ailə qurub.
2021-ci ildə onların yolları ayrılıb. Buna səbəb Fatoşun Berdana illər etdiyi xəyanətinin ifşa olunması olub.
Xatırladaq ki, Berdan Mardini "Senden Çocuğum Olsun", "Mardin Kapı Şen Olur", "Sorarım Sorarım" kimi mahnılarla məşhurlaşıb.
Oxşar xəbərlər
Faiq Ağayev: "Bəzi müəllimlər hazırlıq keçsin deyə, şagirdlərə biliyi az verir"
"Bəzi müəllimlər hazırlıq keçmək üçün məktəbdə şagirdlərə az bilik verirlər." BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Zarafat bir yana" şou...