Səbinə Əliyeva əsas hədəflərini açıqladı

Səbinə Əliyeva əsas hədəflərini açıqladı
Siyasət 13

"Qarşıdakı mərhələdə əsas hədəf Ombudsmanın tövsiyələrinin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi və insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsidir. Bununla yanaşı, həssas əhali qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, milli preventiv və müstəqil monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda Ombudsmana əlçatanlığın artırılması, habelə rəqəmsal transformasiya və süni intellekt kontekstində insan hüquqlarının müdafiəsinə dair müasir yanaşmaların təşviqi və tətbiqi prioritet istiqamətlər sırasında olacaq".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu yenidən Ombudsman seçilən Səbinə Əliyeva Milli Məclisinin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hüquqi maarifləndirmə fəaliyyətinin müasir tələblər və yeni çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi, ictimai iştirakçılığın təşviqi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi də əsas hədəflərdəndir:

"Beynəlxalq əməkdaşlıq çərçivəsində milli təcrübənin təşviqi, ölkəmizin insan hüquqları sahəsində nailiyyətlərinin, eləcə də müharibə və postmüharibə dövrünün humanitar nəticələrinin obyektiv faktlar və hüquqi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

Son xəbərlər