Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş?

Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş?
Foto
Sosial 41

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeli tibb müəssisələrində həkimlərə xəstə qəbulu ilə bağlı limit qoyulmayıb".

BAKU.WS Bizim.media-ya istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktor vəzifəsini müvəqqəti icra edən, icraçı direktorun müavini Bahadur Rzayev məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, tibb müəssisələrində onlayn növbə tətbiq edilir və növbənin başlamasına 20 dəqiqə qalmış vətəndaş xəstəxanaya yaxınlaşıb, növbəsini aktivləşdirib qəbulda olmalıdır.

"TƏBİB tabeli tibb müəssisələrində həkimlərə xəstə qəbulu ilə bağlı limit qoyulmayıb. Bununla bağlı şikayətlər varsa, hansısa müəssisədə belə bir hal yaşanıbsa, TƏBİB-ə məlumat verilsə, araşdırıla bilər. Həkimlərin iş vaxtı var, amma iş saatı daxilində xəstə qəbulu ilə bağlı hər hansı bir limit yoxdur".

Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş?

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər