"Neftçi" XXI əsrdə ilk 10 tur üçün qol rekordunu yeniləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının lideri "Neftçi" keçirdiyi 10 qarşılaşmada 25 qol vurmaqla özü üçün XXI əsrin rekorduna imza atıb.
Bu barədə BAKU.WS-ə Peşəkar Futbol Liqasından məlumat verilib.
Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000/01 mövsümünün müvafiq dövründə 28 qol vurub.
Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atan "Neftçi" bundan əvvəlki 24 turnirin ilk 10 matçında da orta məhsuldarlıqda 2,50-yə çata bilməyib.
Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatın tarixində ən yaxşı nəticə də "Neftçi"yə məxsusdur. Bakı təmsilçisi 1996/1997 mövsümünün startında 10 oyunda 42 qola sevinib.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqasında IV turun həyəcanı başlayır: Bu gün 9 oyun keçiriləcək
UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun qarşılaşmalarına bu gün start veriləcək. Turun ilk oyun günündə futbolsevərləri 9 maraqlı görüş gözləyir. B...