Putin Rusiya vətəndaşlarının MDB-dəki gəlirləri barədə məlumat toplanmasına icazə verdi - Azərbaycanlılar da var...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin məhkəmə icraçılarına rusiyalı vətəndaşların MDB ölkələrindəki iş yerləri, bank hesabları, gəlirləri və digər aktivləri barədə məlumat əldə etmək imkanı verən qanunu imzalayıb.
BAKU.WS xəbər verir ki, yeni qanun Rusiya Məhkəmə İcraçıları Xidmətinə MDB ölkələrinin müvafiq qurumlarına sorğular göndərməyə imkan yaradır.
Məlumata görə, müvafiq saziş 2025-ci ilin mayında Rusiya, Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan, Belarus, Özbəkistan və Qazaxıstan tərəfindən imzalanıb.
Saziş çərçivəsində şəxslərin iş yeri, daşınmaz əmlakı, bank hesabları, nəqliyyat vasitələri, şirkətlərdəki payları və digər aktivləri barədə məlumatların mübadiləsi nəzərdə tutulur.
Bununla belə, ölkələrin məlumat paylaşımına dair müəyyən məhdudiyyətləri var. Belarus bank hesablarındakı məbləğləri və hesab sahiblərinin adlarını açıqlamadan yalnız hesabın mövcudluğunu təsdiqləyəcək. Özbəkistan bəzi qeyri-məhkəmə sorğularına cavab verməyəcək, Qazaxıstan isə bank məlumatlarının ötürülməsini milli qanunvericiliklə məhdudlaşdıracaq.
Oxşar xəbərlər
Qətərdən ABŞ və İran danışıqları ilə bağlı XƏBƏRDARLIQ
Qətər ABŞ və İran arasında aparılan danışıqlarla bağlı mediada yayılan kəskin və ziddiyyətli açıqlamaların danışıqların uğursuzluğa düçar olması kimi qiymətlənd...