Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şeirin müəllifi Əməkdar jurnalist və publisist Vasif Səmədovdur.
Vasif Səmədov 1950-ci il yanvarın 22-də Masallı rayonunda anadan olub. Uzun illər jurnalistika sahəsində fəaliyyət göstərən Vasif Səmədov Əməkdar jurnalist kimi tanınıb, publisistik yaradıcılığı ilə də diqqət çəkib.
Qeyd edək ki, Vasif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Arif Səmədovun atasıdır.
Əməkdar jurnalist və publisist Vasif Səmədov 2024-cü il aprelin 29-da vəfat edib.
Ərdoğanın səsləndirdiyi şeirdən bir parça:
Dilimizde işlenen
En aziz bir söz gibi,
Canımızı ısındıran
Ocak gibi, köz gibi,
En kokulu güllerle
Demetlenen Şuşamız!
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BAKU....