Husilər Səudiyyə Ərəbistanındakı hava limanına və neft obyektlərinə zərbə endirdiklərini iddia edirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) silahlı qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanını və "Saudi Aramco" şirkətinin obyektlərini hədəf aldıqlarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS-a istinadən hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.
Onun sözlərinə görə, hücumlar zamanı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilməklə altı əməliyyat keçirilib.
Husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran şəhərində Milli Qvardiyanın düşərgəsinə də zərbə endirdiklərini bildiriblər. Bundan başqa, Yəmənin Əl-Cövf və Mərib vilayətlərində Səudiyyə qoşunlarının cəmləşdiyi ərazilərin də hücuma məruz qaldığı iddia olunur.
Hərəkatın açıqlamasında əməliyyatlar nəticəsində çoxsaylı hərbçinin öldüyü və yaralandığı qeyd edilib.
Oxşar xəbərlər
Ərdoğan Trampla telefonla danışdı: İran-ABŞ gərginliyi müzakirə olundu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal mə...