Ermənistan TRIPP layihəsi çərçivəsində İrana qarşı addımlar atmayacağını açıqladı

Ermənistan TRIPP layihəsi çərçivəsində İrana qarşı addımlar atmayacağını açıqladı
Dünya 17
Ermənistan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı İrana və ya digər qonşu ölkələrə qarşı yönəlmiş heç bir prosesdə iştirak etməyəcək.

BAKU.WS xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan TASS-a açıqlamasında bildirib.

O qeyd edib ki, TRIPP iqtisadi xarakterli layihədir və onun çərçivəsində silahlı hərbçilərin yerləşdirilməsi nəzərdə tutulmur.

"Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir prosesə qoşulmayacağıq və qoşula da bilmərik. Bu, bizim siyasi mövqeyimizdir. İkincisi, TRIPP iqtisadi xarakterli bir layihədir. Layihə orada hətta bir nəfər də olsun silahlı əsgərin olmasını nəzərdə tutmur", – deyə Simonyan vurğulayıb.

Erməni rəsmisi bu açıqlamanı ABŞ və İran arasında gərginlik fonunda TRIPP layihəsinin reallaşdırılması zamanı mümkün anti-İran addımları ilə bağlı müzakirələrə münasibət bildirərkən səsləndirib.

Qeyd edək ki, bundan əvvəl İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İrəvana xəbərdarlıq edərək, Tehranın "Tramp marşrutu"nun yaradılmasını hələ də "qırmızı xətt" hesab etdiyini bildirmişdi. O, Ermənistan parlamentinin layihənin inşasını təsdiqləyən qərarını da sərt tənqid etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər