Azərbaycanlı məşqçilər 47-ci "Tennis Europe" Məşqçilər Konfransında iştirak ediblər!

Azərbaycanlı məşqçilər 47-ci Tennis Europe Məşqçilər Konfransında iştirak ediblər!
Foto
İdman 0

5–8 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində, Club Megasaray Hotel-də Avropanın ən nüfuzlu tennis məşqçi təhsili tədbirlərindən biri olan 47-ci Tennis Europe Məşqçilər Konfransı (TECC) keçirilib.

Tennis Europe tərəfindən təşkil olunan konfransda Avropanın müxtəlif ölkələrindən məşqçilər, akademiklər və tennis mütəxəssisləri bir araya gəliblər.

Azərbaycan da bu nüfuzlu tədbirdə məşqçi heyəti ilə təmsil olunub. Ölkəmizdən qatılan məşqçilər beynəlxalq təcrübə mübadiləsində iştirak edərək tennisin inkişafı, müasir məşq metodikaları və gənc idmançıların hazırlığı sahəsində yeniliklərlə tanış olublar.

Konfrans çərçivəsində 10 yaşadək uşaqlardan 18 yaşadək yeniyetmələrə qədər müxtəlif yaş kateqoriyalarında idmançıların inkişafı, müasir təlim modelləri və beynəlxalq təcrübədə tətbiq olunan qabaqcıl yanaşmalar müzakirə edilib.

Azərbaycan Tennis və Padel Federasiyası yerli məşqçilərin beynəlxalq təhsil proqramlarında iştirakını, peşəkar bilik və bacarıqlarının artırılmasını, eləcə də dünya tennisindəki yeniliklərin ölkəmizdə tətbiqini prioritet istiqamətlərdən biri hesab edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər