Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb

Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb
İdman 7

Portuqaliya millisinin baş məşqçisi Kriştiano Ronaldonun yığmadan ayrılmaq qərarı verməsəydi, onu komandaya dəvət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

BAKU.WS xəbər verir ki, o bu barədə "CNN Portugal"a açıqlama verib.

Məşqçi bildirib ki, futbolçu millidən getdiyini açıqlamasaydı, onu heyətə çağırmağı planlaşdırırdı. Jesus bununla bağlı Ronaldo ilə danışmaq üçün də fürsətinin olacağını deyib.

Məlumata görə, baş məşqçi Ronaldonun yoxluğunun komandanın qələbə qazanmaq məsuliyyətini dəyişmədiyini də vurğulayıb.

Qeyd edək ki, 41 yaşlı hücumçu sentyabrda Norveçlə keçirilən oyunda əvəzetməyə hazırlaşsa da, meydana buraxılmayıb. Bundan sonra futbolçu beynəlxalq karyerasını başa vurmaq qərarına gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər