Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı qərar təkcə minimum əməkhaqqı alan şəxslərin deyil, dövlət müəssisə və qurumlarında vahid tarif cədvəli əsasında çalışan, dövlət qulluqçusu olmayan vətəndaşların da maaşlarına təsir göstərəcək.
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması ilə bağlı Prezidentin müvafiq göstərişi var:
"Sənəd imzalandıqdan sonra Nazirlər Kabineti vahid tarif cədvəlinə uyğun olaraq dövlət qurumlarında çalışan və dövlət qulluqçusu hesab edilməyən şəxslərin vəzifə maaşlarını yeni minimum əməkhaqqına uyğunlaşdıracaq".
Deputat qeyd edib ki, ilkin gözləntilərə əsasən, bu dəyişiklik təxminən 700 min vətəndaşın əməkhaqqında artımla nəticələnə bilər:
"Artımın konkret faizi və məbləği hələlik büdcə sənədində əksini tapmayıb. Bu göstəricilərin büdcə qəbul edildikdən sonra Prezident tərəfindən imzalanacaq müvafiq sənəddə açıqlanacağı gözlənilir. Uşaqlı ailələrə verilən bəzi sosial müavinətlər üzrə artım faizləri və məbləğləri isə artıq elan olunub".
Orxan Hüseyn
Oxşar xəbərlər
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb
Dağlıq ərazilərə - Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza (Biçənək və Kükü kəndlərinə) qar yağıb. BAKU.WS xəbər verir...