Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib
Yeniliklərdən dərhal xəbərdar olun
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin noyabrın 6-da Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Ədliyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Nuriyev Elmir Elxan oğlu 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib.
O, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri) ittiham olunub və həbs edilib.
Nuriyev Elmir Elxan oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyadan gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. BAKU.WS Oxu.az-a...