Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Oxşar xəbərlər
İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal edilən süd və yumurtanın ümumi miqdarı yeni qayda ilə qeydə alınacaq. BAKU.WS Oxu.az-a istinadən xəbər...