Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verib.
"Hazırda Bakıda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib", - NİİM-dən bildirilib.
Qeyd olunub ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi aktivləşdirilib: "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".
Oxşar xəbərlər
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. "A...