Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib

Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib
Foto
Siyasət 2

Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə hərbi ekspertlərinin, eləcə də Müdafiə Nazirliyinin baş idarə, idarə və qoşun növlərinin hərbi qulluqçularının iştirakı ilə təlim keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində təşkil olunan təlim çərçivəsində iştirakçılara hərbi əməliyyatların planlaşdırılması və icrası prosesində hərbi-mülki əməkdaşlığın (CIMIC) rolu və əhəmiyyəti, mülki əhali və müvafiq qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, eləcə də mülki infrastrukturla bağlı məsələlər barədə ətraflı məlumat verilib.

Təlim zamanı italiyalı hərbi ekspertlər tərəfindən hərbi-mülki əməkdaşlığın əsas prinsipləri, tətbiq mexanizmləri və beynəlxalq təcrübəyə dair geniş təqdimat keçirilib, təlim qrupları tərəfindən praktiki tapşırıqlar icra edilib. Həmçinin Azərbaycan və İtaliya tərəfləri arasında bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı mübadiləsi, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Son xəbərlər