İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar
Yeniliklərdən dərhal xəbərdar olun
Ev təsərrüfatlarının uçotu zamanı şəxslərin iqtisadi fəallığı, məşğulluq statusu və aldıqları sosial ödənişlərin növləri ayrıca qeydə alınacaq.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı ev təsərrüfatlarının uçotu ilə əlaqədar şəxsi hesablarda qeydlərin aparılması qaydalarında dəyişiklik edilib.
Yeni qaydalara əsasən, şəxsin işləyib-işləmədiyi, çalışdığı fəaliyyət sahəsi və məşğulluq statusu müəyyənləşdiriləcək.
İqtisadi cəhətdən qeyri-fəal olan şəxslər üzrə də müvafiq məlumatlar toplanacaq. Bu kateqoriyaya tələbələr, pensiyaçılar, əmlakından gəlir əldə edənlər, ev təsərrüfatı və ailə üzvlərinə qulluqla məşğul olanlar, işləməyə ehtiyacı və ya istəyi olmayan şəxslər və digər şəxslər daxil ediləcək.
Bununla yanaşı, şəxslərin aldığı əmək pensiyası, sosial müavinət, Azərbaycan Respublikası Prezidentinin təqaüdü, ünvanlı dövlət sosial yardımı və digər sosial ödənişlər ayrıca qeydə alınacaq.
Beləliklə, yeni uçot qaydaları çərçivəsində həm şəxslərin əmək bazarındakı vəziyyəti, həm də sosial təminatla bağlı məlumatları əhatə olunacaq.
Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.
Oxşar xəbərlər
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb
Dağlıq ərazilərə - Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza (Biçənək və Kükü kəndlərinə) qar yağıb. BAKU.WS xəbər verir...