Maaşlar artıq SAATLA HESABLANACAQ: Kimlər daha çox qazanacaq?

Maaşlar artıq SAATLA HESABLANACAQ: Kimlər daha çox qazanacaq?
Açıqlama
Sosial 142

Azərbaycanda saatlıq əməkhaqqı mexanizminin tətbiqi nəzərdə tutulur. Bu yenilik xüsusilə çevik iş rejimində, hibrid formada və ya günün müəyyən saatlarında çalışan vətəndaşlar üçün yeni imkanlar yaradacaq.

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, saatlıq əməkhaqqı mexanizminin əsas məqsədlərindən biri bu formada çalışan şəxslərin əməkhaqlarının rəsmiləşdirilməsi, həmin gəlirlərdən vergi və digər sosial ödənişlərin həyata keçirilməsini təmin etməkdir:

"Yeni mexanizm, xüsusilə ixtisaslı mütəxəssislərə bir neçə iş yerində çalışaraq daha çox gəlir əldə etmək imkanı verəcək. Eyni zamanda, onların qazandıqları əməkhaqlarının rəsmi uçotunun aparılması, sosial ödənişlərin hesablanması və pensiya kapitalının formalaşdırılması üçün şərait yaradacaq.

Saatlıq əməkhaqqı sistemi bir tərəfdən vətəndaşların məşğulluq imkanlarını genişləndirəcək, digər tərəfdən isə çevik iş rejimində çalışan şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsinə və sosial təminatının gücləndirilməsinə töhfə verəcək.

Bu baxımdan, yeni mexanizm həm əlavə gəlir əldə etmək, həm də əmək fəaliyyəti nəticəsində sosial təminat və gələcək pensiya hüquqlarını formalaşdırmaq baxımından işçilər üçün mühüm imkan kimi qiymətləndirilə bilər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər