Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir?

Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir?
Foto Video
Sosial 50

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Şamlıq ərazisində ağaclar kütləvi şəkildə məhv olur.

BAKU.WS-in məlumatına görə, Xurşudbanu Natəvan küçəsi istiqamətində yerləşən meşəlik sahədə narahatedici mənzərə yaranıb. Ərazidə onlarla ağac quruyaraq aşıb, bir sıra ağacların isə yanaraq məhv olduğu görünür.

Sakinləri narahat edən əsas məqam yaşıllıq sahəsinin getdikcə sıradan çıxmasıdır. Vaxtilə ağacların sıx olduğu ərazidə indi qurumuş, yanmış və yerə aşmış ağaclara rast gəlinir.

Ağacların quruması və yanması ilə bağlı dəfələrlə media və sosial şəbəkədə görüntülər yer alıb. Maraqlı məsələ budur ki, ağacların hər hansı səbəbdən məhv olması məlum olsa da, onların ərazidən uzaqlaşdırılması və yerində yeni ağacların əkilməsi baş vermir. Bu isə yerli sakinləri narahat edən əsas problemlərdən biridir.

Məsələni dəqiqləşdirmək, ağacların hansı səbəbdən məhv olmasını və onların yerində yenilərinin nə zamanı əkiləcəyini aydınlaşdırmaq məqsədilə rəsmi qurumlara müraciət etdik.

Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qurumuş ağacların götürülməsi ilə bağlı Binəqədi Rayon Biləcəri Bələdiyyəsinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciəti əsasında əraziyə baxış keçirilib, ağacların quruma səbəbini müəyyən etmək məqsədilə torpaqdan nümunələr götürülərək analizlər aparılıb. Analizlərin nəticəsinə əsasən ağacların xəstəlik səbəbindən quruduğu müəyyən edilib:

"Ərazidə ağacların birkalanması işləri aparılıb. Hər bir ağacın əvəzinə yerli iqlim şəraitinə uyğun yeni tingin əkilməsi şərti ilə qurumuş ağacların götürülməsinə müsbət rəy veriləcək. Qurumuş və aşmış ağacların götürülməsi torpaq mülkiyyətçisi tərəfindən həyata keçiriləcək".

Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir?

Binəqədi Rayon İcra Hakimiyyətindən isə BAKU.WS-ə qeyd edildi ki, Biləcəri qəsəbəsi, qeyd edilən ünvanda şamlıq deyilən ərazidə ağacların quruması və kökündən çıxması aidiyyəti qurumlar tərəfindən baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, ağaclara xəstəliyin düşməsi ilə əlaqədardır:

"Sözügedən ərazidə daima mütəmadi olaraq Bakı Şəhər Yaşıllaşdırma Deportamenti tərəfindən ağaclara mövsümə uyğun müvafiq aqrotexniki qulluq göstərilir.

Qurumuş və kökündən çıxmış ağaclar isə mərhələli şəkildə ərazidən uzaqlaşdırılmışdır. Həmçinin bildiririk ki, ağacların dibində hər hansı bir yad maddə aşkarlanmamışdır".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər