Deputat: "Yaxşı olardı ki, kuryerlər vergiyə cəlb olunsunlar"

Deputat: Yaxşı olardı ki, kuryerlər vergiyə cəlb olunsunlar
Sosial 85

"Kuryer fəaliyyətində də vergi güzəştlərinin tətbiqi təklif olunur".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, kuryer fəaliyyəti ilə məşğul olunanlara 15 manat sadələşdirilmiş vergi müəyyənləşdirilir:

"Yaxşı olardı ki, kuryerlər də taksi fəaliyyəti ilə məşğul olanlar kimi 1%-lik vergi rejiminə cəlb olunsunlar. Çünki kuryerlərin hamısının gəlirləri eyni olmur. Onlar həm də danışıq ödənişləri ilə məşğul deyillər. Kuryerlər fəaliyyətlərini platformalar vasitəsilə həyata keçirdikləri üçün onların iş rejiminin tənzimlənməsi və gəlirlərinin ödənilməsi də həmin platformalar üzərindən daha rahatdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər