ADY-yə məxsus nasosda problem yarandı, tuneli su basdı
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda "Yaşıl dərə" adlanan ərazidəki tunelə çirkab suları yığılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
İddia olunur ki, yaranmış problem ərazidən keçən Azərbaycan Dəmir Yollarına (ADY) məxsus nasosdakı nasazlığa görə baş verib. Bu səbəbdən tuneldən keçən avtomobillərin hərəkətində çətinlik yaranıb.
Məsələ ilə əlaqədar Qafqazinfo ADY-yə sorğu ünvanlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirdi ki, ərazidə elektrik enerjisi olmadığına görə nasoslarda problem yaranıb. Artıq ötən gün axşam saatlarından yığılmış su kənarlaşdırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.
Oxşar xəbərlər
Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir
Vergi öhdəliklərinin vaxtında ödənilməməsinə görə hesablanan faizlərin iki dəfə azaldılması barədə təklif irəli sürülüb. BAKU.WS report-a istinadən xəbər verir...