Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda silsilə oğurluqlar edən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində evin zirzəmisindən məişət əşyaları, tikiş sexi, yarımtikili və şirkətlərin birindən isə ümumilikdə 10880 manat dəyərində elektrik avadanlıqları oğurlayıb. O, əməllərini ört-basdır etmək üçün talama cinayətlərini törədərkən müşahidə kameralarını da yararsız vəziyyətə salıb.
Abşeronda polisin keçirdiyi tədbirlərlə oğurluq əməllərini törədən D.Həsənov yaxalanıb.
Faktlarla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma davam etdirilir.
Oxşar xəbərlər
83 yaşlı Əlövsət Polad vəfat etdi
Tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib. Qeyd edək...