83 yaşlı Əlövsət Polad vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ə. Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndində anadan olub. 1973-cü ildən rayonun mətbuat orqanı "Gündoğar" qəzetində çalışıb, eyni zamanda Azərbaycan radiosunun "Xəbərlər" proqramı ilə əməkdaşlıq edib.
1990-cı ildən bədii yaradıcılığa başlayıb. "Bitməmiş povestlər" (2004), "Mənim dünyam", "Yazılan qalır", "Qalan yazılarım", "Narahatlıq", "Qurama", "Qiyamət" (2017) və "Ölümə hazırlıq" kimi kitabların müəllifidir.
Oxşar xəbərlər
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər
Polis Akademiyasının kursantları 8 Noyabr-Zəfər Günü münasibətilə fləşmob təşkil ediblər. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildir...