Pentaqon rəhbəri impiçment cəhdlərinə qarşı mübarizə aparacağını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin müdafiə naziri Pit Heqset Konqresin ona qarşı impiçment proseduruna başlamaq cəhdlərinə müqavimət göstərəcəyini bildirib.
BAKU.WS xəbər verir ki, nazir bu barədə ABŞ Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində yayımladığı video müraciətində danışıb.
"Heç də məsələ mənimlə bağlı deyil. Lakin yəqin ki, sizin də gördüyünüz kimi, qarşı tərəf impiçment ideyası ilə həddindən artıq məşğuldur", – deyə Heqset bildirib.
Pentaqon rəhbəri İranla müharibəni "cəsarətli və tarixi addım" adlandırıb. O, Demokratların həm özünə, həm də Respublikaçılara hücum etdiyini iddia edərək bunun nəticə verməyəcəyini vurğulayıb.
"Biz geri çəkilməyəcəyik", – deyə nazir əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Nümayəndələr Palatasının Heqsetə qarşı impiçment proseduruna başlamağı planlaşdırdığı bildirilmişdi. Məlumata görə, Respublikaçılar Partiyasının bəzi üzvləri də bu təşəbbüsü dəstəkləyə bilər.
Oxşar xəbərlər
Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək
ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom bütün ölüm hökmü məhkumlarının cəzasını şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbslə əvəzləyib....