Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom bütün ölüm hökmü məhkumlarının cəzasını şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbslə əvəzləyib.
BAKU.WS xəbər verir ki, qubernator bu barədə ştat sakinlərinə ünvanladığı açıq məktubda məlumat verib.
Nyusom qərarını konstitusiyanın ona verdiyi əfv səlahiyyətindən istifadə etməklə qəbul etdiyini bildirib. Onun sözlərinə görə, təxminən 30 ildir ölüm hökmlərinə qarşı çıxır və bu cəza Kaliforniyanın müdafiə etdiyi dəyərlərə uyğun deyil.
ABŞ mediasının məlumatına görə, qərarın 548 məhkuma şamil olunacağı gözlənilir. Kaliforniya ölkədə ölüm hökmünə məhkum edilmiş şəxslərin sayına görə ilk sırada yer alır.
Qeyd edək ki, ştatda sonuncu edam 20 il əvvəl həyata keçirilib. Qevin Nyusom 2019-cu ilin martında da ölüm hökmlərinin icrasının dayandırılması ilə bağlı sərəncam imzalayıb.
Oxşar xəbərlər
ABŞ İrana qarşı mövqeyini yumşalda bilər - Tramp üç variantı nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar üçün üç mümkün ssenarini nəzərdən keçirir. Bu variantlardan biri Vaşinqtonun Tehranla razılaşma əldə e...