"Global Media Group"da 44 günlük Vətən müharibəsində iştirak etmiş şirkət əməkdaşları ilə görüş keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Global Media Group" Vətənimizin ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərimizə və Azərbaycan Ordusunun hər bir əsgərinə minnətdarlığını bildirib.
BAKU.WS xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən görüşdə 44 günlük Vətən müharibəsində iştirak etmiş şirkət əməkdaşlarına göstərdikləri qəhrəmanlıq, fədakarlıq və şərəfli xidmətlərinə görə təşəkkür edilib.
Görüş zamanı müharibə iştirakçısı olan həmkarlarla qürur duyulduğu vurğulanıb.
Onlar aşağıdakılardır:
Baku TV: Yelmar Məmmədli – blok redaktoru;
Baku TV: Nursultan Ziyadov – müxbir;
Baku TV: İbrahim Həsənov – qrafik dizayner;
Oxu.Az: Murad Həsənov – müxbir.
Bildirilib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün qürur, milli birlik və bütövlük rəmzidir.
"Bu tarixi sevinci sizinlə bölüşmək bizim üçün böyük şərəfdir!" – deyə qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Prokuror Kamran Əsədova cəza istədi
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun barələrindəki cinayət işi üzrə m...