Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 5-də ölkə ərazisində fəaliyyət göstərən dini ibadət yerlərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş iməcilik, abadlıq, yaşıllaşdırma və ağacəkmə aksiyası keçirilib.
BAKU.WS xəbər verir ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin rəmzi məna və əhəmiyyətinin təbliği, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi məqsədilə keçirilən aksiya 12 regionu əhatə etməklə 647 məscid, 9 kilsə və 1 sinaqoqda təşkil olunub.
İməclikdə din xadimləri, müxtəlif dini konfessiyaların nümayəndələri, gənclər və könüllülər iştirak edib.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümüdür. Bu əlamətdar gün münasibətilə keçirilən aksiya tarixi Zəfərin mənəvi dəyərlərinin yaşadılması, eləcə də dini və ictimai həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Prokuror Kamran Əsədova cəza istədi
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun barələrindəki cinayət işi üzrə m...