Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir

Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir
Dünya 0

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukraynanın Xerson vilayətinin Oleşki və qonşu rayonlarında müvəqqəti atəşkəsin Kiyev və Moskva arasında uzunmüddətli sülhün əldə olunmasına təkan verəcəyinə ümid etdiyini bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə çıxışı zamanı deyib.

"İndi biz Oleşkidə nümayiş etdirilən cəsarətdən istifadə edərək günahsız insanların çəkdiyi əzablara narahatlıq əsasında ortaq məxrəcə gəlməliyik", - o bildirib.

ABŞ-nin birinci xanımın sözlərinə görə, təkcə müvəqqəti atəşkəsi təmin etmək deyil, həm də uzunmüddətli sülhə nail olmaq lazımdır.

M. Tramp atəşkəsə hazırlığın bütün mərhələlərində iştirak etdiyini qeyd edib: minalardan təmizləmə planlarını, peyk görüntülərini öyrənib, yolların qiymətləndirilməsində və təxliyə marşrutlarının, xəstəxanalara, nəqliyyat vasitələrinə və dərmanlara çıxışın müzakirəsində iştirak edib.

Onun sözlərinə görə, hər iki ölkə bu regionda atəşkəsin təşkili üçün yeganə vasitəçi kimi onunla əməkdaşlıq etməyə razılaşıb.

M. Tramp, həmçinin ona I dərəcəli "Knyaginya Olqa" ordeninin təqdim edilməsinə görə Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Ukrayna xalqına təşəkkür edib.

ABŞ-nin birinci xanımı bildirib ki, Rusiya və Ukrayna prezidentlərinin qarşılıqlı fəaliyyəti olmadan Oleşkidə atəşkəs mümkün olmazdı. O, əldə olunan əməkdaşlığın hərtərəfli sülh prosesinin irəliləməsi üçün təməl olacağına ümid etdiyini vurğulayıb.

"Bu tarixi an başa çatdıqdan sonra mən Rusiya Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Volodimir Zelenskiyə şəxsi məktublar yazdım", - M. Tramp, məktubları iki ölkənin nümayəndələrinə təqdim edərək bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər