Gələcəkdə yay yarım il davam edə bilər – ŞOK PROQNOZ
Yeniliklərdən dərhal xəbərdar olun
Gələcək illərdə dünyada istilik dalğaları daha uzunmüddətli, genişmiqyaslı və intensiv olacaq. Yeni araşdırmaya görə, bəzi bölgələrdə anomal isti hava dövrü ardıcıl altı ayadək davam edə bilər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Berlin Azad Universitetinin Avstraliya, İsveçrə və Yeni Zelandiya alimləri ilə birgə apardığı tədqiqatda bildirilib. Araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc olunub.
Alimlər 2015-2023-cü illərdə baş vermiş doqquz böyük istilik dalğasını təhlil edərək onların müddətini, əhatə etdiyi ərazini və temperatur intensivliyini XXI əsr üçün hazırlanmış iqlim modelləri ilə müqayisə ediblər.
Tədqiqatın nəticələrinə əsasən, hətta istixana qazı emissiyalarının aşağı olduğu ssenaridə belə, doqquz bölgədən beşində istilik dalğaları altı ayadək davam edə bilər. Gələcək istilik dalğalarının 10-20 faizi isə indiyədək qeydə alınmış rekordlarla müqayisədə iki dəfə çox istilik toplaya bilər.
Yüksək emissiya ssenarisində bəzi regional istilik dalğalarının yaratdığı ümumi istilik yükünün indiki rekordlardan beş dəfə çox olacağı proqnozlaşdırılır.
Xüsusilə Şimali Afrika və Yaxın Şərq üçün proqnozlar diqqət çəkir. Temperaturun sənaye dövrü ilə müqayisədə 3,5-4,5 dərəcə artması halında bu bölgələrdəki istilik dalğalarının 75-90 faizinin 2023-cü ilin rekord isti yayını bütün əsas göstəricilər üzrə üstələyə biləcəyi bildirilir. Avropada isə bu göstəricinin 36-64 faiz arasında olacağı ehtimal edilir.
Alimlər qeyd edirlər ki, gələcək istilik dalğalarının bir qismi indiyədək bəşəriyyətin üzləşdiyi ekstremal hava hadisələrindən xeyli fərqlənəcək.
Araşdırmanın müəllifləri şəhərlərin, enerji sistemlərinin və səhiyyə infrastrukturunun indiyədək müşahidə edilməmiş uzunmüddətli istilik dalğalarına uyğun hazırlanmasının vacibliyini vurğulayırlar.
Oxşar xəbərlər
Eyfel qülləsi etirazlar səbəbindən ziyarətçilər üçün bağlanıb
Fransada keçirilən ümumxalq etirazları fonunda Parisin əsas turistik məkanlarından biri olan Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb. BAKU.WS xəbər verir ki, b...