Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda kişi meyiti aşkarlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini, 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisindəki qamışlıqda tapılıb.
İlkin məlumata görə, R.Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışlarına başlanılıb. Nəticədə kişinin meyiti aşkarlanıb.
Meyitə baxış zamanı onun baş nahiyəsində xəsarət olduğu müəyyən edilib. Hələlik xəsarətin ehtiyatsızlıqdan yıxılma nəticəsində, yoxsa başqa şəxs tərəfindən yetirildiyi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Meyit müayinə olunması üçün morqa təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Qeyd edək ki, Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınıb və restoran sahibi olub.
Oxşar xəbərlər
Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib?
Şəhid anasının həyatını itirdiyi ağır qəzanın bəzi təfərrüatı məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Goranboy rayonunun Todan kənd sakini, şəhid...