Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:
İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib.
"Daha sonra o, marşrut avtobuslarının birinə minib və Nizami rayonu ərazisində düşüb. Telefonu bağlı olduğu üçün onunla əlaqə yaratmaq olmayıb", - deyə xəbərdə bildirilir.
Xatırladaq ki, Abşeron rayonunun Xırdalan şəhərində 12 yaşlı Mələk İmanova evdən çıxıb və geri qayıtmayıb.
O iki gündən sonra tapılıb.
Oxşar xəbərlər
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham edilir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi...