Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, konfrans Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin aparılması, yeni tərəfdaşlıqların qurulması və yerli iştirakçılar üçün biznes imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
Konfransda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, səhiyyə müəssisələri və turizm sənayesinin təmsilçiləri, beynəlxalq ekspertlər, həmçinin Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edəcək, sağlamlıq turizminin inkişaf istiqamətlərini və əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Oxşar xəbərlər
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham edilir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi...