Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham edilir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, təqsirləndirilən Vüqar Hüseynov işlədiyi dövr ərzində 125 min manatdan çox vəsaiti mənimsəyib.
Onun istintaq dövründə ziyanın 45 min manatını ödədiyi bildirilir.
İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş şəxs qismində TƏBİB tanınıb.
Oxşar xəbərlər
Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir. BAKU.WS report-a istinadən xəbər verir ki, konfrans A...