Taksi sürücüsü ilə qadın sərnişin arasında pulun qalığı üstündə mübahisə
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda "Bolt" taksi xidmətindən istifadə edən qadın sərnişinlə sürücü arasında mübahisə yaşanıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisəyə səbəb gedişhaqqı üçün sürücüyə 5 manat verən qadına qalıq pulun qaytarılmaması olub.
"5 manat pulumu verirəm, qalığımı qaytarmır, sən taksi sürücüsüsən sənin xırda pulun olmalıdır, - deyə şikayətçi bildirib.
Sərnişinin sözlərinə görə, sürücü ona qaytarılmalı olan xırda pulu verməyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
İddialara görə, mübahisə zamanı sürücü qadına avtomobildən düşməsini, onu mənzil başına aparmayacağını bildirib. Qadın həmçinin sürücünün avtomobilin qapılarını bağlayaraq onun nəqliyyat vasitəsindən çıxmasına mane olduğunu iddia edib.
Oxşar xəbərlər
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 33395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb. BAKU.WS "Qafqazi...