Batrakov: "Çox xoşbəxtəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Qalatasaray" klubunda çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov UEFA Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda Almaniyanın "Ştutqart" komandası ilə qarşılaşmada iki qol vurmasına təəccübləndiyini bildirib.
BAKU.WS xəbər verir ki, futbolçu oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə komanda yoldaşlarına təşəkkür edib.
"Əlbəttə, çox xoşbəxtəm. Belə oyun üçün bütün komandaya təşəkkür etmək istəyirəm. İki qol vuracağımı gözləmirdim. Hər zaman qol vurmağı düşünürəm, amma bunlar çox vaxt sadəcə xəyallarımda olur. Mənim üçün əsas olan komandanın qələbəsidir. Üç xal qazandığımız üçün çox şadam", - deyə Batrakov bildirib.
Qeyd edək ki, İstanbulda yerləşən "RAMS Park" stadionunda keçirilən qarşılaşma "Qalatasaray"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Batrakov 12-ci və 15-ci dəqiqələrdə fərqlənərək dubl müəllifi olub. Futbolçu matçın 77-ci dəqiqəsində əvəzlənib.
Bu qələbədən sonra "Qalatasaray" 6 xalla turnirin ümumi cədvəlində 14-cü pilləyə yüksəlib. 7 xalı olan "Ştutqart" isə 6-cı sırada qərarlaşıb.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqç...